Brüssel məhkəməsi Polşa və Rumıniyanı Pfizer-ə 1,9 milyard avro ödəməyə məcbur edib.
Bakues.az Tass-a xəbər verir ki,bunu Brüssel şəhər məhkəməsi Poland və Romanianın Pfizer şirkətinə ümumilikdə 1,9 milyard avro ödəməli olduğuna qərar verib.
Məhkəmə qərarında bildirilib ki, iddia tam təmin edilib və müdafiə tərəfi şirkətin bazarda dominant mövqeyindən sui-istifadə etdiyini sübut edə bilməyib.
Qərara əsasən, Polşa 1,3 milyard avro, Rumıniya isə 600 milyon avro məbləğində kompensasiya ödəməlidir. Bu vəsait COVID-19 peyvəndlərinin alınması ilə bağlı müqavilə öhdəliklərindən irəli gəlir.
Qeyd olunur ki, hər iki ölkə 2022-ci ildə artıq ehtiyatın yaranması, yeni virus ştammlarına qarşı peyvəndlərin effektivliyi ilə bağlı suallar və maliyyə çətinliklərini əsas gətirərək əlavə alış planlarından imtina etmişdi.
Zəhra Məmmədzadə




