Avropa İttifaqının iyulun 15-də bir sıra şəxslərə qarşı tətbiq etdiyi anti-Rusiya sanksiyalarına Avropanın 9 ölkəsi qoşulub.

Bakues.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidmətinin bəyanat yayıb.

Bəyanata görə, sanksiyaya qoşulan ölkələrə Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn, Moldova, Norveç, Şimali Makedoniya, Ukrayna və Monteneqro daxildir.

Qeyd edək ki, iyulun 15-də Aİ Şurası bloku və Ukraynanı hədəf alan hibrid təhdidlərə cavab olaraq 9 fiziki şəxsə və 6 quruma əlavə sanksiya tətbiq edib.

Asim