Bu ərazidə işıqlar 3 gün fasilələrlə veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu ərazidə işıqlar 3 gün fasilələrlə veriləcəkbackend

Binə qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar 12-14 mart tarixlərində elektrik xətləri sifarişə əsasən açılacaq.

Bu barədə Bakues.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Binə Atçılıq yaşayış massivinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.