İsrailin baş naziri Benyamin Netanyahu Fələstin xalqının soyqırımına görə Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunmalıdır.
Bakues.az “TASS”a istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində Çili prezidenti Qabriel Boriç deyib.
Boriç İsrailin Qəzza zolağındakı hərəkətlərini kəskin tənqid edib:
“Mən Netanyahu və ailəsinin raketlə öldürülməsini istəmirəm. Netanyahunun və Fələstin xalqının soyqırımına görə məsuliyyət daşıyanların beynəlxalq məhkəmə qarşısında cavab verməsini görmək istəyirəm”.
Asim




