Şri-Lankanın Uva əyalətində baş verən avtobus qəzası nəticəsində azı 15 nəfər ölüb, 16 nəfər yaralanıb.
Bakues.az “Sozcu”yə istinadən xəbər verir ki, qəza tətildən qayıdan bir qrup bələdiyyə işçisini daşıyan avtobusun yoldan çıxaraq bir neçə yüz metr dərinlikdəki dərəyə düşməsi nəticəsində baş verib.
Məlumata görə, qəzada təxminən 16 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Ərazidəki xilasetmə işlərində polis, ordu, hərbi hava qüvvələri, yanğınsöndürənlər və yerli sakinlər iştirak edib.
Asim




