Cənubi Osetiya Rusiya Silahlı Qüvvələri ilə birgə hərbi təlimləri, o cümlədən şəxsi heyətin hazırlığının təkmilləşdirilməsinə və birgə müdafiə sisteminin gücləndirilməsinə yönəlmiş təlimləri davam etdirmək niyyətindədir.

Bakues.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Cənubi Osetiya prezidenti Alan Qaqloyev deyib.

Onun sözlərinə görə, təlim planları Cənubi Qafqazdakı kifayət qədər mürəkkəb hərbi-siyasi vəziyyət fonunda hazırlanır:

“Cənubi Osetiya Respublikası ilə Rusiya Federasiyası arasında hərbi əməkdaşlıq 2015-ci il Müttəfiqlik və İnteqrasiya Müqaviləsinin müddəaları, eləcə də müvafiq idarələrarası sazişlər əsasında ardıcıl şəkildə inkişaf edir. Birgə təlimlərə gəlincə, bu təcrübə çoxdan mövcuddur və davam etdiriləcək. Rusiya Silahlı Qüvvələrinin Cənubi Osetiya qüvvələri və təhlükəsizlik qüvvələrinin iştirakı ilə döyüş hazırlığı təlimləri keçirilir. Müasir çağırışlar qarşısında əməkdaşlığın həyata keçirilməsi, şəxsi heyətin hazırlığının təkmilləşdirilməsi və birgə müdafiə sisteminin gücləndirilməsi Cənubi Qafqazda kifayət qədər çətin olaraq qalan hazırkı hərbi-siyasi vəziyyətə əsaslanır.

Qaqloyev qeyd edib ki, bu birgə işin əsas nəticəsi vahid müdafiə və təhlükəsizlik məkanının formalaşdırılmasıdır.

Asim