Çinin Hindistan və Pakistandakı səfirlikləri öz vətəndaşlarına bu iki ölkəyə səyahət edərkən ehtiyatlı olmağı tövsiyə edib.
Bakues.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik yazır ki, xəbərdarlıq iki nüvə gücü – Hindistan və Pakistan arasında mümkün müharibə fonunda edilib: “Cənubi Asiya son 30 ilin ən gərgin dönəmindən keçir”.
Səfirliklərin ayrı-ayrı bəyanatlarında qeyd edilir ki, Hindistan və Pakistandakı Çin vətəndaşları vəziyyəti yaxından izləməli və təhlükəsizlik tədbirlərini gücləndirməlidirlər.