Çin Böyük Britaniya hökumətinin xarici agentlər reyestrinə Çinin siyasi və təhlükəsizlik agentliklərinin əməkdaşlarını və nümayəndələrini əlavə etməsinə cavab olaraq sərt tədbirlər görəcəyi ilə hədələyib.
Bakues.az “ “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Çin rəsmiləri Böyük Britaniya Xarici İşlər Nazirliyinə xəbərdarlıq edib.
Böyük Britaniyada Çin agentləri siyahısına şəxslərin daxil edilməsi 2025-ci ilin iyulunda qüvvəyə minəcək Xarici Təsirlərin Qeydiyyatı Sxeminə (FIRS) əsasən planlaşdırılır.
Qanun Daxili İşlər Nazirliyinə dövlətləri, şirkətləri və təşkilatları “düşmən” və ya “yüksək riskli” kimi təyin etməyə imkan verir. Bu halda onlarla əlaqəli hər bir subyekt, siyasi məqsədi olmasa belə, qeydiyyatdan keçməlidir.
Qaydanı pozanları 5 ilədək həbs gözləyir.
Siyahıya Çin Dövlət Təhlükəsizlik Nazirliyi, Kommunist Partiyası, Vətənpərvər Birləşmiş Cəbhə, Xalq Azadlıq Ordusu və digər qurumların daxil edilməsi planlaşdırılır.
Zəhra Məmmədzadə




