Yanvarın 24-də ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bakues.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 76 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.