NATO da daxil olmaqla, Qərb sentyabrın 10-na keçən gecə Polşada baş verən pilotsuz təyyarə insidentinin səbəbini hələ müəyyənləşdirməyib.

Bakues.az “CNN”ə istinadən xəbər verir ki, dronların uçuş sxemləri və texniki xüsusiyyətləri haqqında toplanmış məlumatlar birmənalı deyil və şərh edilməsi çətin olub.

Adı açıqlanmayan Qərb kəşfiyyat rəsmisi bildirib ki, Qərb ölkələri insidentlə bağlı konsensusa gələ bilməyib. Yüksək rütbəli kəşfiyyat rəsmiləri də daxil olmaqla bir neçə mənbə hesab edir ki, dronlar elektron müharibə səbəbindən sadəcə hədəflərindən uzaqlaşıblar.

Asim