Azərbaycanın yeniyetmə cüdoçuları Slovakiyanın Samorin şəhərində keçirilən Avropa Kubokunda 10 medal qazanıb.
Bakues.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, medallardan ikisinin əyarı qızıl, ikisi gümüş, altısı isə bürünc olub.
Azərbaycan təmsilçiləri medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Cüdoçular turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Yarışın ikinci günündə Səid Şərifov (73), Amin Mehdiyev, Abdullah Rəhmətov (81 kq) və Sübhan Axundov (+90 kq) bürünc medal əldə edib. Digər cüdoçu Məhəmməd Ağakişiyev (73 kq) isə 7-ci olub.
Qeyd edək ki, turnir 15-16 fevralda keçirilib. İki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 8 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub.