Rusiya prezidenti Vladimir Putin “çoxqütblü dünyanın lideri olmağa davam edir”, Pyer de Qoll deyib.

Rusiya çoxqütblü dünyanın lideri kimi çıxış edir və Fransa hakimiyyəti BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmalıdır.

Bakues.az “TASS”a istinadən xəbər verir ki, bunu Beşinci Fransa Respublikasının banisi, general Şarl de Qollun nəvəsi Pyer de Qoll deyib.

Onun sözlərinə görə, Avropada mentalitet dəyişir, avropalıların gözünü oxşayan bəzi həqiqətlər peyda olur:

“Fransa Prezidenti Emmanuel Makron və müharibəni davam etdirmək istəyən bəzi digər Avropa ölkələrinin göstərdiyi bütün səylərə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin çoxqütblü dünyanın lideri olmaqda davam edir. Fransanın gələcəkdə çoxqütblü dünya olan BRİCS-ə qoşulması üçün sülhün rifahı və bütün tərəflərin barışığını təmin etmək naminə birlikdə çalışmalıyıq”.

Asim