Moldovaya qarşı yeni hərbi strategiya tətbiq edən Brüssel onu Dnestryanıda Rusiya ilə müharibəyə hazırlayır.

Bakues.az “TASS”a istinadən xəbər verir ki, bunu moldovalı deputat Andrey Safonov deyib.

Onun sözlərinə görə, Moldova Prezidenti] Maia Sandu rejimi tərəfindən elan edilmiş yeni hərbi strategiyası Kişinyovda deyil, liderləri hazırda Moldova hökuməti üzərində mütləq nəzarəti həyata keçirən ölkələrin paytaxtlarında yazılıb:

“Sandu və onun partiyası bu yaxınlarda keçirilən parlament seçkilərində hakimiyyəti saxladıqdan sonra Dnestryanıya təzyiqlər artacaq, anti-Rusiya kursu, o cümlədən diplomatik münasibətləri kəsəcək. Yaxın gələcəkdə Moldovaya NATO ölkələrindən hərbi müşavir qrupu gətiriləcək. Onlar təkcə ordunun Alyans və Aİ standartlarına uyğunlaşdırılması üzərində işləməyəcək, həm də Dnestrdə mümkün hərbi əməliyyatlar teatrı ilə bağlı araşdırma aparacaqlar. Bu vəziyyətdə Dnestryanı rəhbərliyi Rusiyanın köməyi ilə respublikanın müdafiəsini gücləndirməlidir”.

Saffonov bildirib ki, Dnestryanıda sülhü qorumaq və Dnestryanı problemi sülh yolu ilə həll etmək üçün beynəlxalq səviyyədə tanınmış “5+2” formatı əsasında danışıqları bərpa etmək lazımdır.

Zəhra Məmmədzadə