Rusiya və ABŞ arasında iqtisadi münasibətlərin bərpası istiqamətində işlər davam etdirilir.
Bakues.az “Vedomosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xüsusi nümayəndəsi və Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev jurnalistlərə açıqlamasında bildirib.
Dmitriyev qeyd edib ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampın administrasiyasının nümayəndələri ilə Rusiya–ABŞ iqtisadi əməkdaşlığının bərpası üzrə təmaslar davam edir və danışıqlarda müsbət dinamika müşahidə olunur.
Qeyd edək ki, fevralın 5-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli danışıqlar keçirilib. Kreml isə bu görüşlərlə bağlı əlavə açıqlama verilməyəcəyini, müzakirələrin təhlükəsizlik üzrə işçi qrup formatında aparıldığını bildirib.
Asim




