Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1411 nəfərə çatıb.

Bakues.az xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanların sayı 3124 nəfər olub.

“5400-dən çox ev isə tamamilə dağılıb”, – o vurğulayıb.

***12:38

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1124 nəfərə çatıb.

Bakues.az xəbər verir ki, bu barədə Reuters Əfqanıstan Qızıl Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.

Məlumata görə, 8 mindən çox ev dağılıb, 3251 nəfər yaralı var.

***11:12

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb.

Bakues.az xəbər verir ki, bu barədə Əfqanıstanın Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyin mətbuat xidməti məlumat verib.

Xəsarət alanların sayı isə 3000 nəfərdir.

Ölü sayının ciddi dərəcədə artacağı istisna edilməyib.