Ekvador prezidenti Daniel Noboa dizel yanacağına verilən subsidiyaların ləğvinə etiraz olaraq baş verən qarşıdurmalardan sonra beş əyalətdə komendant saatı tətbiq edib və fövqəladə vəziyyəti səkkiz bölgəyə genişləndirib.

Bakues.az “Sozcu”yə istinadən xəbər verir ki, müvafiq sərəncam prezident administrasiyasının saytında dərc olunub.

Bildirilib ki, dizel yanacağına verilən subsidiyaların götürülməsinə qarşı ictimai iğtişaşlar davam edir. Buna görə də Kotopaxi, İmbabura, Çimborazo, Bolivar və Karçi əyalətlərində hərəkət azadlığına məhdudiyyətlər tətbiq edilib.

Prezident administrasiyası da bəyanat yayıb ki, “terror aktlarına, yolları qanunsuz kəsməyə və mütəşəkkil zorakılığa əl atanlar qanuna uyğun cəzalandırılacaqlar.

Asim