Ekvadorun cənub-qərbində həbsxanada baş verən iğtişaşlar nəticəsində ən azı 14 nəfər ölüb, 14 nəfər yaralanıb.
Bakues.az “CNN”ə istinadən xəbər verir ki, bununla bağlı Milli Polis məlumat verib.
Polis rəisi Uilyam Kalle bildirib ki, hadisə nəticəsində 13 məhbus və bir mühafizəçi həlak olub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Onun sözlərinə görə, öldürülənlərin əksəriyyəti Ekvadorun ən şiddətli dəstələrindən biri olan Los Çonerosa məxsusdur.
Toqquşmalar zamanı bir neçə məhbusun qaçdığını deyən U.Kalle, səlahiyyətlilərin qaçanların dəqiq sayını müəyyənləşdirmək üçün çalışdıqlarını bildirib.
Asim




