Fələstinin eyni adlı anklavında yerləşən Qəzza şəhərinin infrastrukturunun əhəmiyyətli bir hissəsi İsrailin hərbi əməliyyatı nəticəsində məhv edilib.
Bakues.az “Əl-Cəzirə” telekanalına isinadən xəbər verir ki, bu barədə şəhər bələdiyyəsinin sözçüsü məlumat yayıb.
Sözçü mənzil-kommunal təsərrüfatı sisteminin tamamilə çökdüyünü bildirib.
O, əlavə edib ki, bir neçə fələstinli ailə Qəzzada qalıb və onlar faktiki olaraq heç bir humanitar yardım almırlar.




