Equinor və Shell, şirkətlərin birgə press-relizinə əsasən, Böyük Britaniyadakı dəniz neft və qaz layihələrini yeni Adura şirkəti ilə birləşdirmək üçün sazişi tamamladılar.
Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Adura Böyük Britaniyanın ən böyük müstəqil Şimal dənizi karbohidrogen istehsalçısı olacaq.
Şirkətin qərargahı Aberdin şəhərinin mərkəzində, Silver Fin binasında yerləşir.
Adura 12 neft-qaz layihəsində paya sahibdir, o cümlədən Mariner, Rosebank, Buzzard və digər layihələrdə, həmçinin geoloji kəşfiyyat lisenziyalarına malikdir. Gözlənilir ki, 2026-cı ildə şirkətin hasilatı gündə 140 min bareldən çox neft ekvivalentinə çatacaq.
Baş icraçı direktor vəzifəsinə enerji sektorunda 30 ildən çox təcrübəsi olan Nil MakKallox təyin edilib. Adura-nın hazırkı heyəti Shell və Equinor-dan köçürülmüş təxminən 1,2 min nəfərdən ibarətdir.
Zəhra Məmmədzadə




