Martın 5-də Türkiyə milli müdafiə naziri Yaşar Gülerin təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

XİN-dən Bakues.az-a verilən xəbərə görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücemlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib.

Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.

İranlı nazir Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib.

İran tərəfinin və hərbçilərin bu hadisə ilə bağlı araşdırma başladığını bildirib.

İran xarici işlər naziri yaralanan mülki şəxslərə şəfa diləyib.

İran tərəfindən hücumla bağlı üzr istənilməsini, araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görülməsini gözlədiyimiz diqqətə çatdırılıb.