Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı işdən çıxarıb.
Bakues.az “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyan milli təhlükəsizlik xidmətinin rəhbəri Armen Abazyanı rusiyalı biznesmen Samvel Karapetyanı saxlamaqdan imtina etdiyinə görə tutduğu vəzifədən azad edib.
Belə ki, Abazyan rusiyalı milyarderi saxlamaqdan imtina edərək, Paşinyana bunun üçün heç bir səbəb olmadığını bildirib.
Bundan başqa, Paşinyan digər sərəncamla Andranik Simonyanı xidmətin rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edib.