Ermənistan Milli Assambleyasının Müdafiə və Təhlükəsizlik Daimi Komitəsi “Ermənistan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in ratifikasiya layihəsinə müsbət rəy verib.
Bakues.az “Armenpress”ə istinadən xəbər verir ki, layihəni komissiyanın iclasında Ermənistan Respublikası daxili işlər nazirinin müavini Armen Kazaryan təqdim edib.
Onun sözlərinə görə, sazişin əsas məqsədi miqrasiya sahəsində əməkdaşlıq üçün sürətli və effektiv prosedurların yaradılmasıdır:
“Əsas istiqamətlər statistik, hüquqi və elmi-metodiki məlumatların mübadiləsi, iştirakçı dövlətlərin ərazisində yerləşən vətəndaşlar haqqında məlumat mübadiləsi, miqrasiyanın idarə edilməsi məsələlərində təcrübə mübadiləsi və praktiki köməklik, o cümlədən iştirakçı dövlətlərin vətəndaşlarının və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi, hüquqi şəxsin yaşama icazəsinin etibarlılığı ilə bağlı səmərəli prosedurların müəyyən edilməsi, habelə yaşayış yeri ilə bağlı məsələlərin müzakirəsidir”.
Nazir müavini qeyd edib ki, Ermənistan və Qazaxıstan həm MDB daxilində vizasız rejim nəzərə alınmaqla, həm də Aİİ çərçivəsində insanların gediş-gəlişi sahəsində əməkdaşlıq edir. Aİİ haqqında Müqavilə üzv dövlətin ərazisində işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.
Asim




