Estoniya Aİ Miqrasiya Paktı çərçivəsində köçürülməyə məruz qalan şəxsləri qəbul etməyəcək, lakin başqa yollarla töhfə verməyə hazırdır.
Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Baltikyanı respublikanın daxili işlər naziri İqor Taro məlumat verib.
Daxili işlər naziri bildirib ki, miqrasiya yükünün bölüşdürülməsi proqramı çərçivəsində Tallin 280 min avro ayıracaq. Məbləğ əvvəlcədən nəzərdə tutulan iki qatından azdır, çünki Estoniya artıq çox sayda ukraynalı qaçqını qəbul edib.
Avropa Komissiyası noyabrın 11-də Estoniya və bir neçə digər ölkənin miqrasiya təzyiqi ilə üzləşdiyini vurğulayıb və onları 2026-cı ildə miqrantları qismən və ya tam qəbul etməmək üçün müraciət etməyə çağırıb. 2024-cü ilin mayında təsdiqlənmiş İcma Miqrasiya Paktı miqrantların Aİ-də kvotalarla yerləşdirilməsini və qəbul etməyən ölkələrin xüsusi fonda töhfə verməsini nəzərdə tutur.
Zəhra Məmmədzadə




