Çinin Tibet Muxtar Bölgəsindəki Everest dağının yamacında güclü qasırğa nəticəsində qapalı qalan 350 nəfər dağdan sağ-salamat enib.

Bakues.az Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, turistlərin səhhəti yaxşıdır, həyat və sağlamlıqlarına heç bir təhlükə yoxdur.

Qalan 200-dən çox turistlə artıq əlaqə saxlanılıb və onlar xilasetmə qrupunun rəhbərliyi altında təyin olunmuş yerə gələcəklər.

Hazırda hadisə yerində yerli xilasedicilər, sakinlər və bələdçilərin cəlb olunduğu genişmiqyaslı xilasetmə əməliyyatı aparılır.

Qeyd edək ki, oktyabrın 4-də Everestin şərq yamacına güclü qar yağıb. Təxminən 1000 alpinist dağın Tibet tərəfində 4900 metrdən çox yüksəklikdə sıxışıb qalmışdı.

Asim