Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” QSC-nin “Bilgəh”, “Buzovna”, “Şıx”, “Günəşli”, “Qaranquş” və “Abşeron” sanatoriyalarında yanğına qarşı maarifləndirmə tədbirləri keçiriblər.
Bu barədə Bakues.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbirlərdə sanatoriyalarda yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları, o cümlədən təxliyə barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Tədbirlərdə mövzuya dair slaydlar nümayiş etdirilib, suallar cavablandırılıb və iştirakçılara maarifləndirici vəsaitlər paylanılıb.