Finlandiya Prezidenti Aleksandr Stubb Avropanı ABŞ-ın xarici siyasətində baş verən dəyişiklikləri qəbul etməyə çağırıb.

Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, Stubb parlamentdə çıxışı zamanı bildirib ki, Birləşmiş Ştatlar artıq əvvəlki ABŞ deyil və Vaşinqtonun Avropa müttəfiqlərinə yanaşması əhəmiyyətli dərəcədə dəyişib.

O vurğulayıb ki, ABŞ-ın bəzi addımları beynəlxalq qaydaları zəiflədir, amma hələ də Avropa üçün vacib müttəfiqdir. Finlandiya Prezidenti əlavə edib ki, dəyişən beynəlxalq vəziyyət fonunda Finlandiya xarici siyasət və təhlükəsizlik sənədlərini yenidən nəzərdən keçirəcək.

Asim