Finlandiya Ukraynanı NATO-nun hava məkanına pilotsuz uçuş aparatlarının (PUA) daxil olmasının qəbuledilməzliyi ilə bağlı rəsmi şəkildə xəbərdar edib.

Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanen sosial şəbəkə hesabında bildirib ki, məsələ ukraynalı həmkarı Mixail Fedorov ilə müzakirə olunub.

“PUA-lar Finlandiya və digər NATO ölkələrinin ərazisinə daxil olmamalıdır”, – Nazirin sözlərinə görə, Ukraynaya açıq mesaj verilib.

Məlumata əsasən, son günlər Finlandiyada düşən üç PUA-nın hamısı Ukraynaya məxsus olub. Hadisə NATO məkanının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Asim