Beynəlxalq reytinq agentliyi Fitch Yaxın Şərqdə davam edən gərginlik fonunda Hörmüz boğazının bir aydan az müddətə faktiki olaraq gəmiçilik üçün bağlana biləcəyini ehtimal edir.

Bakues.az tass-a istinadən xəbər verir ki, boğazın qısa müddət bağlı qalacağı və enerji ilə nəqliyyat infrastrukturuna ciddi ziyan dəyməyəcəyi güman edilir. Bununla belə, analitiklər qeyd edirlər ki, bu proqnozlar müəyyən risklərlə müşayiət olunur.

Fitch-in hesablamalarına əsasən, boğazın hər həftə bağlı qalması Bəhreyn, İraq, Qətər və Küveyt kimi ölkələrin karbohidrogen ixracından əldə etdiyi gəlirləri ÜDM-in təxminən 0,4%-i qədər azalda bilər.

İranın BMT-dəki Daimi Nümayəndəliyi isə daha əvvəl İslam Respublikasının Hörmüz boğazını bağladığı barədə iddiaları “absurd və əsassız” adlandırıb. Tehran əksinə, ABŞ-ın bölgədə dəniz təhlükəsizliyinə təhdid yaratdığını bildirib.
Zəhra Məmmədzadə