Beynəlxalq reytinq agentliyi Fitch Ratings Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Hörmüz boğazı ilə bağlı ehtimal olunan ssenarini açıqlayıb.

Bakues.az tass-a istinadən xəbər verir ki,bu münaqişənin təsiri nəticəsində boğaz bir aydan az müddətə faktiki olaraq gəmiçilik üçün bağlana bilər. Analitiklər hesab edir ki, bu müddət ərzində enerji və nəqliyyat infrastrukturuna ciddi zərər dəyməsi ehtimalı aşağıdır, lakin ssenari əhəmiyyətli risklər daşıyır.

Agentliyin hesablamalarına görə, bu ölkələr üçün ixrac gəlirlərində azalma ÜDM-in təxminən 0,4%-i səviyyəsində ola bilər. Bununla belə, Fitch analitikləri düşünür ki, region dövlətləri mövcud kredit reytinqləri çərçivəsində bu təsirin öhdəsindən gələ bilərlər.

Bundan əvvəl İranın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəliyi Tehranın Hörmüz boğazını bağladığı barədə iddiaları “absurd və əsassız” adlandırıb. İran tərəfi əksinə, bölgədə dəniz təhlükəsizliyinə əsas təhdidin ABŞ tərəfindən yarandığını bildirib.

Zəhra Məmmədzadə