NATO-nun Hörmüz boğazında mümkün hərbi əməliyyatda iştirak etməsi beynəlxalq hüquqa zidd ola bilər.
Bakues.az Tass-a istinadən xəbər verir ki,bu fikri Fransa Silahlı Qüvvələr Nazirliyinin nümayəndəsi Elis Rufus səsləndirib.
O bildirib ki, NATO əsasən Avro-Atlantik məkanının təhlükəsizliyinə cavabdehdir və Yaxın Şərqdə belə əməliyyatlar alyansın mandatından kənara çıxır.
Rufus əlavə edib ki, France dəniz nəqliyyatının bərpasını dəstəkləyir, lakin bu prosesin hərbi və hücum xarakterli olmamalı olduğunu vurğulayır.
Qeyd edək ki, daha əvvəl bir sıra Avropa ölkələri ABŞ-ın Irana qarşı hərbi əməliyyatlarında iştirakdan imtina edib. ABŞ prezidenti Donald Tramp isə bu mövqeyə görə Avropa müttəfiqlərini tənqid edib.
Xatırladaq ki, regionda gərginlik fonunda İran Hörmüz boğazından keçən bəzi gəmilərə məhdudiyyətlər tətbiq edib və bu, qlobal enerji və ticarət marşrutları üçün ciddi risklər yaradır.
Zəhra Məmmədzadə




