ABŞ prezidenti Donald Tramp şəxsən ərəb liderlərinə İsrailin Yaxın Şərqdə yeni müharibəyə başlamayacağına zəmanət verib.
Bakues.az “Financial Times”a istinadən xəbər verir ki, zəmanətlər Ağ Evin sentyabrın 29-da açıqladığı Qəzza zolağında münaqişənin dayandırılması planının müzakirələri kontekstində verilib.
Qəzetin yazdığına görə, təşəbbüs Qətər, Səudiyyə Ərəbistanı və digər ərəb və müsəlman ölkələrinin təzyiqi ilə hazırlanıb. İsrailin baş naziri Benyamin Netanyahu Amerikanın planını əvvəlcə “xəyanət” kimi qəbul edib.
Xatırladaq ki, Donald Trampın 20 bənddən ibarət planı bütün israilli girovların azad edilməsini, HƏMAS-ın təslim olmasını, lazımi humanitar yardımın Qəzza zolağına buraxılmasını və anklavın Fələstin texnokratlarından və beynəlxalq ekspertlərdən ibarət müvəqqəti administrasiyaya verilməsini nəzərdə tutur.HƏMAS planın əsas bəndləri ilə razılaşıb.
Zəhra Məmmədzadə




