Füzuli rayonunda kafedə istehlaka yararsız məhsullar aşkarlanıb – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Füzuli rayonunda kafedə istehlaka yararsız məhsullar aşkarlanıb – FOTOLARbackend

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonu, Əhmədbəyli kəndində fəaliyyət göstərən, Möhsümzadə Nicat Oktay oğluna məxsus “Nicat” kafesində yoxlama keçirib.

Bakues.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı kafedə mənşəyi məlum olmayan turşu və pendir məhsulu aşkarlanıb. Həmçinin mal qonşuluğu prinsipinin pozulduğu, divar və döşəmə səthlərinin təmirsiz olduğu, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.