Gəncədə piyadanı avtomobil vurub.

Bakues.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ərazisində qeydə alınıb.

1989-cu il təvəllüdlü  A.Əliyev yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub.

Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.