Fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bakues.az-a Gəncə şəhər prokurorluğundan məlumat verilib.

İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***09:06

Gəncədə qətl törədilib.

Bakues.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü R.Məmmədov bədənin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yeləşdirilib.

Əməliyyat zamanı həkimlərin bütün tibbi yardımlarına baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Murad Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.