Goranboyda sahibsiz it qadına ağır xəsarət yetirib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Goranboyda sahibsiz it qadına ağır xəsarət yetirib – YENİLƏNİBbackend

Goranboyda it tərəfindən hücuma məruz qalan xanımın vəziyyəti orta ağırdır.

Bu barədə Bakues.az-a TƏBİB-dən bildirilib.

“13.03.2025-ci il tarixdə saat 09:00 radələrində 1962-ci il təvəllüdlü (qadın cinsli) şəxs it dişləmə səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Başın və sol qolun dişlək yarası diaqnozu təyin edilən şəxsə quduzluq əleyhinə zərdab vurulub və ilkin yardım göstərilib. Daha ixtisaslı tibbi xidmət almaq üçün Abbas Səhhət adına xəstəxanaya təxliyə edilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır”, – məlumatda qeyd olunub.

*** 10:21

Goranboyda sahibsiz it qadına ağır xəsarət yetirib.

Bakues.az xəbər verir ki, hadisə rayonun Baxçakürd kəndində qeydə alınıb. 1962-ci il təvəllüdlü A.Kərimova it dişləmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.