Günəşdə X sinifinə aid güclü partlayış baş verib.
Bakues.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Qeyd olunub ki, iyunun 18-də Bakı vaxtı ilə saat 01:49-da Günəşdə X1.3 partlayışı qeydə alınıb.
“Əslində bu, son üç həftədə ilk belə güclü partlayışdır”, – institutun məlumatınad bildirilir.