Hindistan Müdafiə Nazirliyi bu həftə Rusiya ilə əlavə 5 ədəd S-400 “Triumf” hava hücumundan müdafiə raket komplekslərinin (SAM) alınmasını müzakirə edəcək.

Bakues.az “Hindustan Times”a istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hindistanın müdafiə rəsmiləri bu həftə rusiyalı həmkarları ilə Hindistanın uzunmüddətli müdafiə qabiliyyətini yaxşılaşdırmaq üçün daha beş Rusiya “S-400″ün birgə istehsalı və ya satın alınması ilə bağlı danışıqlar aparacaqlar.

Tərəflər artıq alış qiyməti ilə bağlı razılığa gəliblər, lakin bir neçə aspekti yekunlaşdırmaq qalır. Hazırda 5 sistemdən üçünün birbaşa alınması və qalan ikisinin texnologiya transferi yolu ilə özəl Hindistan şirkətləri tərəfindən yığılması variantı ilə bağlı müzakirələr aparılır.

Zəhra Məmmədzadə