Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı açıqlanıb.

Bakues.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Maharaştra ştatında baş verən daşqınlar nəticəsində 21 nəfər həyatını itirib.

Mumbay şəhərində 500-ə yaxın insan təxliyə edildiyi bildirilib.

Qeyd olunub ki, avqustun 15-dən 19-na kimi ştatda güclü yağış daşqınlara səbəb olub.