Hindistanda Su-30MKI qırıcı təyyarəsi itkin düşüb.

Bakues.az tass-a istinadən xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30MKI qırıcı təyyarəsi havaya qalxdıqdan sonra təyinat yerinə çata bilməyib. Bu barədə Hindistan Hərbi Hava Qüvvələri sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, təyyarə ilə əlaqə kəsildikdən sonra axtarış-xilasetmə əməliyyatı başladılıb.

Məlumata görə, qırıcı təyyarə Hindistanın şimal-şərqində yerləşən Assam ştatının Corhat şəhərindən havaya qalxıb. Təyyarə ilə sonuncu əlaqə Hindistan vaxtı ilə saat 19:42-də qeydə alınıb.

Zəhra Məmmədzadə