Hollandiya hökuməti krallıqda Fələstin tərəfdarı olan genişmiqyaslı etirazlar fonunda İsrailə təzyiqləri artırmaq və Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına nail olmaq niyyətindədir.

Bakues.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri səlahiyyətlərini icra edən Dik Şof bildirib.

O, oktyabrın 5-də Amsterdamın mərkəzində Fələstin tərəfdarı olan mitinqdə iştirak edən minlərlə insanın qəzəb və narahatlığını anladığını bildirib.

“Müharibəyə son qoymaq və humanitar vəziyyəti yaxşılaşdırmaq lazımdır. Hökumət İsrail hakimiyyətinin kursu dəyişməsini qətiyyətlə müdafiə edir və bu istiqamətdə təzyiqləri tədricən artırır. Qəzza xalqının böyük iztirabları qəbuledilməzdir, baş verənlər müdafiə olunmazdır. Qəzzada müharibə bitməli, Yaxın Şərqdə davamlı və ədalətli sülh bərqərar edilməlidir. Hollandiya hökumətinin və Amsterdam küçələrinə çıxan bütün o minlərlə insanın istədiyi budur”, – siyasətçi vurğulayıb.

Asim