Hollandiya Avropa ölkələrinə ABŞ ehtiyatlarından silah almağa imkan verən PURL təşəbbüsü vasitəsilə Ukraynaya əlavə 250 milyon avro hərbi dəstək verəcək.

Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Hollandiyanın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans bildirib.

Aİ rəsmisi bildirib ki, Ukrayna üçün PURL mexanizmi vasitəsilə 250 milyon avro ayrılıb.
“Bu gün mən PURL vasitəsilə Ukrayna üçün 250 milyon avro ayrıldığını elan edirəm. Bu, çox qısa müddətdə daha çox hava hücumundan müdafiə sursatları, həmçinin Amerika ehtiyatlarından F-16 döyüş sursatları və digər materialların əldə edilməsinin yeganə yoludur”, – o, Brüsseldə keçiriləcək Aİ müdafiə nazirlərinin görüşü öncəsi deyib.

Rusiya Xarici İşlər Nazirliyi bir daha bəyan edib ki, Qərbin silah tədarükü Kiyevin vəziyyətini dəyişdirməyəcək, çünki bu silahlar “Rusiya Silahlı Qüvvələri tərəfindən ardıcıl olaraq məhv ediləcək”.

Zəhra Məmmədzadə