Hollandiyanın ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Geert Vilders, solçu liberal Demokratlar 66 (D66) və tərəfdaşları ilə formalaşan yeni hökumət koalisiyasını kəskin tənqid edib.
Bakues.az tass-a istinadən xəbər verir ki,o koalisiya müqaviləsini parlamentdə “siyasi vandalizm aktı” adlandırıb.
Vildersin sözlərinə görə, hökumət sosial sahədə qənaət bıçağı tətbiq edir, miqrasiya siyasətini sərtləşdirmir və qaçqınlara milyardlarla avro xərcləmək niyyətindədir. Eyni zamanda, Kiyevi dəstəkləmək üçün növbəti üç il ərzində ən azı 9 milyard avro ayrılacağı gözlənilir.
Koalisiya müqaviləsi 30 yanvarda D66, Xristian Demokratlar və Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (PFSD) tərəfindən təqdim olunub. Sənədə görə, yeni hökumət hər il Ukraynaya 3 milyard avro göndərməyi və NATO-nun 3,5% hərbi xərclər hədəfinə çatmağı planlaşdırır.
9 yanvarda partiyalar azlıq hökuməti qurmaq barədə razılığa gəlib. Parlamentin aşağı palatasında 150 yer var və koalisiya 66 yerə malikdir, yəni hər qanun layihəsi üçün müxalifətin dəstəyinə ehtiyac var.
2025-ci ilin oktyabrın 29-da keçirilmiş növbədənkənar seçkilərdə D66 26 yer qazanaraq qalib gəlib, PVV isə eyni sayda yer əldə edib. PFSD 22, Xristian Demokratlar isə 18 yer qazanıb. Səsvermə nəticələri 7 noyabrda rəsmi təsdiqlənib.
Zəhra Məmmədzadə




