İran nümayəndə heyəti Avstriyanın paytaxtında MAQATE ilə danışıqlar aparacaq.
Bakues.az Mehr agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rza Nəcəfi açıqlama verib.
Nəcəfinin sözlərinə görə, danışıqların məqsədi İran və MAQATE arasında mümkün gələcək əməkdaşlığın şərtlərini müzakirə etməkdir.
Qeyd edək ki, ötən həftə Aİ-3 ölkələri – Britaniya, Almaniya və Fransa BMT Təhlükəsizlik Şurasına İrana qarşı sanksiyaların bərpası mexanizminin işə salınması üçün sorğu təqdim ediblər. Qətnaməyə əsasən, Şura 30 gün ərzində sorğu ilə bağlı qərar qəbul etməlidir.
Asim




