İtaliya İsraili Qəzza zolağının bombalanmasını dayandırmağa və Fələstin HƏMAS hərəkatını israilli girovları azad etməyə çağırıb.
Bakues.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, İtaliya münaqişənin iki dövlət əsasında həlli istiqamətində fəaliyyətini davam etdirəcək və Fələstin əhalisinə də dəstək verəcək.
“BMT çox açıq xəbərdarlıq göndərir: İsrail Qəzza zolağının bombalanmasını dayandırmalı, Həmas bütün girovları azad etməlidir”, – nazir deyib.
Asim




