Nepaldakı etirazların əsas iştirakçılarına çevrilən Gen-Z gənclər hərəkatının nümayəndələri ölkə konstitusiyasına dəyişikliklər də daxil olmaqla, genişmiqyaslı siyasi islahatlara çağırıblar.

Bakues.az “India Today” telekanalına istinadən xəbər verir ki, əsas tələblərə Nepal Nümayəndələr Palatasının dərhal buraxılması, vətəndaş cəmiyyətinin təkliflərini nəzərə almaq üçün konstitusiyaya dəyişiklik edilməsi və ya yenidən yazılması, həmçinin aralıq müddətdən sonra seçkilərin keçirilməsi daxildir.

Bundan əlavə, fəallar təhsil, səhiyyə, ədliyyə, təhlükəsizlik və rabitə sistemlərinin yenidən qurulmasını tələb ediblər.

Qeyd edək ki, Nepalın Katmandu və digər şəhərlərində hökumət əleyhinə etirazlardan sonra iğtişaşlar yaşanıb və bu, baş nazir Şarma Olinin istefasına səbəb olub.

Asim