İndoneziya prezidenti Prabovo Subianto Qəzza zolağında atəşkəsə həsr olunmuş sülh sammitində iştirak edəcək.
Bakues.az “Jakarta Globe” qəzetinə istinadən xəbər verir ki, bu barədə Asiya Respublikasının dövlət naziri Prasetyo Hadi bildirib.
Nazirin sözlərinə görə, İndoneziya lideri Asiya ölkəsinin silahlı qüvvələrinə Qəzzada mümkün sülhməramlı missiyalarda iştiraka hazırlaşmağı tapşırıb:
“Ümid edirik ki, bu, Fələstinə, xüsusən də Qəzzaya sülh gətirəcək”.
Qeyd edək ki, Misirin Şarm əş-Şeyx şəhərində keçirilən sülh sammiti Qəzza zolağında atəşkəs razılaşmasının rəsmi imzalanması münasibətilə çağırılır.
Asim




