İndoneziyada zəlzələ olub.

Bakues.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.

Zəlzələ İndoneziyanın mərkəzindəki Qorontalo şəhərindən (Sulavesi adası) 70 km cənub-qərbdə, Tomini körfəzi sularında qeydə alınıb.

5,7 bal gücündə zəlzələnin episentri Sulavesi adası sahillərindən təxminən 54 km məsafədə olub.

Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ “kifayət qədər güclü” kimi qiymətləndirilib.