İran G7-nin iddialarını təkzib edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İran G7-nin iddialarını təkzib edibbackend

İran Xarici İşlər Nazirliyi G7 xarici işlər nazirlərinin İrana qarşı irəli sürdüyü iddiaları “əsassız və məsuliyyətsiz” adlandıraraq, rədd edib.

Bakues.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlama verib.

O, İranın regionda sabitliyi pozan fəaliyyətlə məşğul olması iddiasını absurd olaraq qiymətləndirib.

“İranın hərbi və müdafiə qabiliyyəti beynəlxalq hüquq və normalara uyğun olaraq inkişaf etdirilir.Bu, təkcə milli təhlükəsizliyin təmin edilməsi üçün deyil, həm də Qərbi Asiyada regional sülh və sabitliyə töhfə vermək məqsədini daşıyır. “Böyük Yeddilik”ə üzv dövlətlərinin, o cümlədən ABŞ, Kanada və üç Avropa dövlətinin sionist rejimə dəstəyi və bölgəyə müdaxiləsi Qərbi Asiyada sabitliyə mane olur”, – deyə Bəqayi qeyd edib.

O, İranın nüvə silahından təmizlənmiş Yaxın Şərqin yaradılması üzrə çoxdankı təşəbbüsünü xatırladaraq, bu məqsədə çatmaq üçün yeganə maneənin işğalçı sionist rejim olduğunu bildirib.

Cəmilə