İran prezidenti Qərbin ikiüzlülüyünü tənqid edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İran prezidenti Qərbin ikiüzlülüyünü tənqid edibbackend

“İnsan haqları və sivilizasiyanı müdafiə etdiklərini iddia edən ölkələr öz bombaları və raketləri ilə günahsız insanları öldürürlər, lakin hələ də sülh, insan haqları və azadlıqdan danışırlar”.

Bakues.az “İRNA”ya istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

O, Qərbin insan haqlarını müdafiə etmək iddiasında olan ikiüzlülüyünü tənqid edib. Həmçinin Qərbin bombalar və raketlərlə mülki əhalinin ölümünə səbəb olduğunu bildirib.

“Dünya bunu görür, amma susur. Birləşmiş Millətlər Təşkilatı və digər qondarma hüquq müdafiəçiləri bu cinayətlərin şahidi olsalar da, cinayətkarları dəstəkləyirlər. “İndiki dünyada kimin günahsızlara kömək etdiyi və kimin onları bombaladığı aydındır. Ölkəmizdə və bütün dünyada əzabları aradan qaldırmaq üçün hamımız əl-ələ verməliyik və ehtiyacı olanlara dəstək olmalıyıq”, – Pezeşkian deyib.