İran sərhəddə “casus avadanlığı” ələ keçirdiyini açıqlayıb.
Bakues.az Tass-a istinadən xəbər verir ki,bu barədə İranın Kəşfiyyat Nazirliyi ölkənin şimal-qərb sərhədində casusluq məqsədilə istifadə olunduğu iddia edilən telekommunikasiya avadanlıqlarının müsadirə edildiyini bildirib.
Məlumata görə, əməliyyat Qərbi Azərbaycan vilayəti ərazisində həyata keçirilib. Bildirilir ki, ələ keçirilən yüklər arasında ABŞ və İsrail şirkətlərinə aid olduğu iddia edilən 45 rabitə cihazı var.
Rəsmi açıqlamada qeyd olunur ki, bu avadanlıqların ölkə ərazisinə keçirilməsinə cəhd göstərilib və onlar sərhəddə aşkarlanaraq müsadirə olunub.
Eyni zamanda, İran tərəfi həmin bölgədə silahlı qüvvələrin yerləşmə koordinatlarını ötürməkdə şübhəli bilinən səkkiz nəfərin, eləcə də ABŞ və Israel maraqlarına uyğun fəaliyyət göstərdiyi iddia edilən bir agentin saxlanıldığını açıqlayıb.
Qeyd edək ki, bu məlumatlar yalnız rəsmi Iran mənbələrinə əsaslanır və müstəqil şəkildə təsdiqlənməyib.
Zəhra Məmmədzadə




